Paşinyan bu tarixdə Moskvaya gedəcək – KİV

Paşinyan bu tarixdə Moskvaya gedəcək – KİV

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də Moskvaya gedəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi Birliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş yubiley sammitində iştirak edəcək.

Lakin Ermənistan baş nazirinin 9 May Qələbə bayramına həsr olunmuş illik tədbirlərdə iştirak edib-etməyəcəyi dəqiqləşdirilməyib.

“Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətinə baxsaq, bu ağlabatan deyil”, – nəşr yazıb.

Teqlər: