Ermənistan KTMT üzvlüyünün dondurulması ilə bağlı rəsmi addım atmayıb.
AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Rusiya Ermənistanla əlaqə saxlamağı və bu bəyanatların mənasına aydınlıq gətirməyi planlaşdırır. Burada təfərrüatı başa düşmək çox vacibdir. Ona görə də ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, – o bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans 24”ə müsahibəsində Rusiyanın rəhbərlik etdiyi KTMT-də İrəvanın iştirakını dondurduğunu bildirib.