Paşinyan britaniyalı nazirlə görüşdü

Paşinyan britaniyalı nazirlə görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

N.Paşinyan Ermənistan-Britaniya əməkdaşlığının yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

L.Dokert Böyük Britaniyanın Ermənistanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu vurğulayıb.

Teqlər: