Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
AzerTimes xəbər verir ki, bunu Ermənistan hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Tədbir çərçivəsində digər ölkələrin başçıları ilə mümkün görüşlər barədə əlavə məlumat veriləcək”, – o bildirib.