Aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
O bildirib ki, görüşdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yolları müzakirə ediləcək.