Nikol Paşinyan Misirə rəsmi səfəri çərçivəsində Əl-Əzhər Universitetinin imamı Şeyx Əhməd Məhəmməd ət-Taliblə görüşüb.
AzerTimes xəbər verir ki, Paşinyan görüş zamanı ona “Fatihə” surəsinin Matenadaranda (Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin qorunma və tədris mərkəzi) saxlanılan 1719-cu ilə aid nüsxəsini təqdim edib.
Qeyd edək ki, Matenadaranda saxlanılan bütün əlyazmalar Azərbaycandan müxtəlif vaxtlarda oğurlanan və yaxud işğal zamanı ələ keçirilən nadir sənədlərdir. Hətta Alman mədəniyyətinə aid böyük tarixi əhəmiyyəti olan əlyazmalar da sovet illərindən başlayaraq, müxtəlif yollarla ələ keçirilib və bu mərkəzə daşınıb.