Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan parlamentinin bu gün keçirilən xüsusi iclasında deputatlar Nikol Paşinyanı baş nazir seçməyib.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, 75 deputat səsvermədə iştirak etməyib, 3 deputat N.Paşinyanın əleyhinə, 1 deputat lehinə səs verib.
Qanunvericiliyə əsasən, iki həftə ərzində növbəti səsvermə keçirilməlidir. N.Paşinyanın növbəti dəfə seçilməyəcəyi təqdirdə parlament buraxılacaq və yeni seçkilər təyin olunacaq.
Qeyd edək ki, N.Paşinyanın aprelin sonunda baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.
Parlament seçkilərinin ilkin tarixi iyunun 20-nə təyin olunub.