Bu yerdə deyirlər iradə azaddır, istəsə gələcək, istəməsə yox.
Bu sözləri AzerTimes-a açıqlamasında gürcü politoloq Gela Vasadze Azərbaycanın noyabrda Bakıda keçiriləcək COP29-a Ermənistana göndərdiyi dəvəti şərh edərkən deyib.
“Hər şey o zamankı mövcud siyasi vəziyyətdən asılı olacaq. Paşinyanın avqustda mətbuat konfransı keçirəcəyi və COP29 üçün Bakıya gedib-getməməsi məsələsinə toxunacağı barədə məlumat isə sirkə hazırlıqdır. Sülh prosesi qaydasında getsə, Paşinyan Bakıya gələcək, əks halda yox. Amma Paşinyanın gəlib-gəlməməsinin heç bir əhəmiyyəti yoxdur, mən bunda faciə görmürəm”, – ekspert qeyd edib.