Paşinyan Bakı və Ankara ilə əlaqələrdən danışdı

Paşinyan Bakı və Ankara ilə əlaqələrdən danışdı

Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa yönəltməyə çağırıb:

“Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”.

O, yaxın aylarda Azərbaycanla sülh yolu ilə nizamlanmaya nail olmaq perspektivinə nikbin baxmağa davam etdiyini vurğulayıb:

“Bölgənin gələcəyi ticarət yollarının və bağlı sərhədlərin açılmasında, o cümlədən Ermənistanın suverenliyinə hörmətlə yanaşı, Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən yol əlaqəsində olmalıdır”.

Təhlükəsizlik təkcə ordu vasitəsilə deyil, həm də regional sülh yolu ilə təmin edilməlidir”, – Paşinyan bildirib.

Ermənistanın səy göstərdiyi təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi Qərbin hərbi bazalarının və silahlarının yerləşdirilməsini gözləmək deyil, davamlı regional sülhə nail olmaq cəhdi kimi başa düşülməlidir”, – o bildirib.

Teqlər: