Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsinin 80%-i razılaşdırılıb və Ermənistan razılaşdırılmış maddələr əsasında sazişi imzalamağa və gələcək müzakirələri davam etdirməyə hazırdır.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyası çərçivəsində Kipr Prezidenti Nikos Xristodulides ilə görüşündə deyib.
Görüşdə Kipr-Ermənistan münasibətləri, “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsi, Ermənistan-AB əməkdaşlığına dair də fikir mübadiləsi aparılıb.