Azərbaycanla sərhədin delimitasiyası prosesində referendum mümkündür.
AzerTimes xəbər verir ki, bunu Zəngəzurun Sinuayr kəndinin sakinləri ilə görüşündə Ermənistan Baş naziri Nikol Pşinyan deyib.
O bildirib ki, buradan 100 kv.m verib, oradan 100 kv.m almaq – mübadilə təklifinin olacağı vəziyyəti qəbul edir. Bu halda hakimiyyət heç nə qərar verə bilməz – referendum keçirmək lazım gələcək.
“Biz düzgün başa düşməliyik: Azərbaycanla yeni sərhəd formalaşdırmırıq, sovet dövrünün sərhədlərini bərpa edirik”, – deyə o bildirib.
O, kənd sakinlərini əmin edib ki, hakimiyyət öz ərazilərinin bir metrini də heç kimə verməyəcək.