Paşinyan Azərbaycan yer adlarından istifadə etməyə başlayıb (VİDEOFAKT)

Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumət iclasındakı çıxışı sözün əsl mənasında erməniləri təccübləndirib.

AzerTimes-ın məlumatına görə, çıxışı zamanı radikal düşüncəli erməni cəmiyyətini heyrətləndirən Paşinyan birdən-birə Azərbaycan toponimlərindən istifadə etməyə başlayıb.

“Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər” -deyə Paşinyan çıxışı zamanı bildirib.

Qeyd edək ki, Nikol Paşinyan hökumətin iclasında həmçinin Ermənistan regionda sülhün bərqərar olması üzrə Türkiyədən müsbət siqnallar aldığını da qeyd edib. O bildirib ki, Ermənistan Türkiyədən alınan müsbət siqnallara müsbət siqnallarla cavab verəcək.

Teqlər: