Ermənistanın Baş naziri Nikol Paşinyan xanımı ilə birlikdə Böyük Britaniyaya işgüzar səfərə gedib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Bildirilib ki, Nikol Paşinyan Avropa Siyasi Birliyinin Londonda keçiriləcək sammitində iştirak edəcək.
Qeyd olunur ki, iyulun 17-dən 20-dək Paşinyan və xanımı Britaniya paytaxtında işgüzar səfərdə olacaqlar. 4-cü sammit çərçivəsində bir sıra xarici həmkarlarla ikitərəfli görüşlər nəzərdə tutulub.
Bundan öncə Paşinyanın 15 iyuldan məzuniyyətə çıxdığı və Almaniyaya getdiyi, Londondakı sammitə görə məzuniyyətini “pozacağı” bildirilmişdi.
Xatırladılıb ki, ötən il iyunun 1-də Kişinyovda oxşar sammit keçirilib və burada Avropa liderlərinin iştirakı ilə Nikol Paşinyanla Prezident İlham Əliyev arasında danışıqlar baş tutub. Prezident İlham Əliyevin Londona səfər edəcəyi haqda məlumat hələ rəsmən elan edilməyib.