Paşinyan amerikalı ekspertlə görüşdü

Paşinyan amerikalı ekspertlə görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan amerikalı xarici siyasət üzrə ekspert, Milli Demokratiya Fondunun prezidenti Deymon Vilsonla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Paşinyan bildirib ki, demokratiyanın inkişafı və möhkəmləndirilməsi Ermənistan hökumətinin ən mühüm prioritetlərindən biridir və ölkədə bir sıra sahələrdə demokratik islahatlar aparılır.

Deymon Vilson Milli Demokratiya Fondunun demokratiyanın inkişafı istiqamətində müxtəlif erməni strukturları ilə sıx əməkdaşlığa sadiqliyini qeyd edib.

Teqlər: