Paşinyan “ağıllandı”: sülhdən danışır

Paşinyan “ağıllandı”: sülhdən danışır

Həm Ermənistan, həm də Azərbaycan sülh istədiklərini deyirlər. Belə olan halda kim öz açıqlamalarında səmimi deyil? Qeyd etməliyəm ki, hamı sülh istəyir, problem ondadır ki, hər kəs sülhdən müəyyən şərtlər toplusunu başa düşür, lakin fikirlər uyğun gəlməyəndə sülh olmur.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz sülh yolu ilə getməliyik. Ermənistanın ərazi bütövlüyünü, suverenliyini bütün mümkün vasitələrlə qorumalı, sülhə can atmalı, fikirlərimizi yaxınlaşdırmağa çalışmalıyıq. Biz Ermənistanın təhlükəsizliyini təmin etmək üçün mümkün qədər tez və səmərəli şəkildə ordumuzda islahatlar aparmalıyıq və təbii ki, bu kontekstdə müttəfiqlik münasibətlərimizdə mexanizmlərin və öhdəliklərin təkmilləşdirilməsi son dərəcə vacibdir. Kimin bizə qarşı hansı öhdəlikləri olduğunu aydın şəkildə anlamaq çox vacibdir”, – Paşinyan bildirib.

Teqlər: