Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti, AB-nin ticarət komissarı Valdis Dombrovskini qəbul edib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Paşinyan Avropa İttifaqının ticarət komissarı ilə “Sülh qovşağı” layihəsini müzakirə edib.
Görüşdə həmçinin Ermənistan və Azərbaycan arasında həyata keçirilən sərhədin delimitasiyası prosesinə, regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasına dair “Sülh qovşağı” layihəsinə və onun prinsiplərinə də toxunulub.
Eyni zamanda regional təhlükəsizlik və sabitliyin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. AB-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinin əhəmiyyəti xüsusi vurğulanıb.