Paşinyan Ermənistanda Bakının paketləyicisi kimi işləyir.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Qrant-Məlik Şahnazaryan deyib.
“O çalışır ki, Bakının tələbləri erməni ictimaiyyətində daha az müqavimətlə üzləşsin. Məsələn, Əliyev konstitusiya dəyişiklikləri məsələsini qaldıranda Paşinyan dərhal təsdiqləməyə başlayır ki, onlar bunu hələ 6 il öncədən planlaşdırırdılar”, – deyə o bildirib.
Onun sözlərinə görə, Əliyevin Paşinyanı konstitusiya dəyişikliyinin təmini üçün dəstəkləməyə hazır olduğuna və növbəti 6 ayda ona Kərkinin geri qaytarılması məsələsini qaldırmaqla problem yaratmayacağına dair informasiya var:
“Yeni konstitusiyadan sonra Bakı Kərki və Zəngəzurdan dəhliz məsələsini qaldıracaq və sülh müqaviləsinin imzalanması üçün tələb edəcəklər”.