Paşinyan 5 ildə 6 nazirə qarşı ittiham irəli sürüb

Paşinyan 5 ildə 6 nazirə qarşı ittiham irəli sürüb

Ermənistan Baş Prokurorluğu ölkənin keçmiş müdafiə naziri Vigen Sərkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edib. O, hərbi qulluqçu olmayan şəxslərə mənzillərin verilməsində ittiham olunur.

AzerTimes xəbər verir ki, Nikol Paşinyan 5 illik hakimiyyəti ərzində 6 nazirə qarşı ittiham irəli sürüb.

Paşinyanın baş nazirliyi dövründə dörd müdafiə nazirini – David Tonoyan, Vaqarşak Arutyunyan, Arşak Karapetyan və Suren Papikyanı (Papikyanın istefası hələ ki rəsmiləşməyib – red.) dəyişib. Hazırda David Tonoyan, Vigen Sərkisyan, Seyran Ohanyan, Mikael Arutyunyan, Serj Sərkisyan və Vazgen Manukyana qarşı ittiham irəli sürülüb. David Tonoyan həbsdədir, o, ordunun ehtiyacları üçün silah əldə etməkdə vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır. Seyran Ohanyana martın 1-də və hərbi hissənin qanunsuz satışı da daxil olmaqla, bir neçə iş üzrə ittiham irəli sürülüb. Fevralın 8-də parlament onu toxunulmazlıqdan məhrum edib. Mikael Arutyunyana martın 1-də ittiham irəli sürülüb, o da axtarışa verilib. Serj Sərkisyan dizel mühərriki və rüşvət işində təqsirli bilinir. Vazgen Manukyan hakimiyyətin qəsb edilməsi və konstitusiya quruluşunun devrilməsi işi üzrə təqsirləndirilir.

Teqlər: