Paşinyan 3 strukturu birləşdirdi, polisdə isə ixtisar aparır

Paşinyan 3 strukturu birləşdirdi, polisdə isə ixtisar aparır

Ermənistan Daxili İşlər Nazirliyinin şəxsi heyətində ixtisarlar olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan DİN-də 629 ştat ləğv ediləcək.

“Optimallaşdırmanın məqsədi idarəetmənin keyfiyyətinin yüksəldilməsi və müxtəlif şöbələrin funksiyalarının təkrarlanması hallarının aradan qaldırılmasıdır. Buna zərurət polisin (Ermənistanda polis ayrıca struktur idi – red.), Fövqəladə Hallar və Miqrasiya Xidmətinin Daxili İşlər Nazirliyinə birləşdirilməsindən sonra yaranıb. İslahat çərçivəsində polis dörd əsas sahədə inkişaf edəcək: kriminal polis, patrul xidməti, polis mühafizəsi və bələdiyyə polisi”, – məlumatda bildirilib.

Teqlər: