Paşinyanın 2016-cı ildə, hələ deputat olarkən Azərbaycana münasibəti, Qarabağ mövzusunda fikirləri tamamilə fərqli idi.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Aravot” nəşrinin məqaləsində qeyd olunur.
Nəşr N.Paşinyanın 2016-cı ildə o zamankı hakimiyyətin Azərbaycanla münasibətlərin tənzimlənməsi üçün Qarabağ məsələsində kompromisə getmək fikrini tənqid etdiyini bildirib.
Bununla bağlı baş nazirin 8 il öncə öz Feysbuk hesabında canlı yayımda səsləndirdiyi fikirlər xatırladıb.
Paşinyan həmin çıxışında bildirib:
“Sadəcə güzəşt atmosferinin mövcud olduğu şəraitdə kompromisdən danışmaq mümkündür. Rəqibiniz və ya qarşı tərəf sizi məhv etməklə hədələyəndə siz cavab olaraq deyirsiniz: “Biz kompromislərə hazırıq. Bu isə artıq o deməkdir ki, siz təslim olmağa hazırsınız”.
Baş nazir bu açıqlamasından 2 il sonra – 2018-ci ildə Ermənistan KİV-ə müsahibəsində bu fikrini bir daha xatırladıb:
“Nə qədər ki Azərbaycan Xankəndidə və İrəvanda çay içməkdən danışır, biz erməni lüğətindən kompromis sözünü silməliyik”.
Nəşr yazır ki, Paşinyan 2018 və 2020-ci ildən sonra Azərbaycana münasibətdə fikirlərini tamamilə dəyişib.