“PASHA Private Banking”dən Avropada yatırım imkanları

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”ın premium xidmətlər
təklif etdiyi “PASHA Private Banking” şöbəsi yeni yatırım
imkanlarını təqdim edir.

Belə ki, Adriatik dənizi sahilində yerləşən Monteneqronun
Portonovi şəhərciyində “Sky Villas”, “One&Only Private Homes”,
“The Marina” və “The Village” komplekslərində ev sahibi olaraq
yatırım imkanlarından yararlanmaq mümkündür. Monteneqroda ev sahibi
olmaqla 5%-dək xarici valyutada stabil illik gəlir əldə
edəcəksiniz. Əmlakın icarəyə verilməsi prosesi tam olaraq Portonovi
kompleksi tərəfindən həyata keçirilir.

Bundan əlavə, ev sahibi olan şəxs Monteneqroda yaşam icazəsini
də əldə etmiş olur. Yatırım bir neçə şəxs arasında bölündüyü halda,
yaşam icazəsi hər bir şəxsə şamil olunur.

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Portonovi
Boka körfəzini kəşf etmək üçün ideal başlanğıc nöqtəsidir.
Portonovidə lüks həyat tərziniz üçün hər bir detal incəliklə
düşünülüb. Burada 214 lüks rezidensiya, vertolyot meydançası olan
“D-Marin” Portonovi marinası, Portonovi tennis klubu, 30-dan çox
üzgüçülük hovuzu, lüks çimərlik klubu və digər xidmətlər təklif
olunur.

Təkliflə bağlı ətraflı məlumat üçün *1230 nömrəsinə zəng edərək
“PASHA Private Banking” çağrı mərkəzi ilə əlaqə saxlaya
bilərsiniz.

Teqlər: