Paşayeva zərərçəkənlər üçün bunları göndərdi

Paşayeva zərərçəkənlər üçün bunları göndərdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və bir qrup ictimai fəal qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə yardım kampaniyasına qoşulublar.

AzerTimes xəbər verir ki, Komitə sədri və könül dostları bu gün yardımların mərkəzləşmiş qaydada toplandığı Heydər Əliyev adına İdman Konsert Kompleksində olublar.

Onlar gətirdikləri yardımları aidiyyatı üzrə təhvil veriblər.

Sonra “Hünər Qrup”un qərargahında olan Komitə sədri və dostları, qardaş ölkəyə yola salınmaqçün toplanan yardım toplanışında da iştirak ediblər.

Q.Paşayeva və könül dostları hər iki kampaniya üzrə toplam 140 isti gödəkcə, 18 xalça, habelə isti ayaqqabılar, müxtəlif geyim əşyaları tədarük edib və göndəriblər.

Teqlər: