Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Könül dostları” qrupu bu gün zəlzələdən zərər çəkən Qaziantep vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq uşaq bezləri, uşaq yeməkləri, mal əti konservləri (halal) və quru qidalar olan çaylar isidici cihazlar alaraq, Heydər Əliyev adına İdman-Konsert Kompleksində aidiyyəti üzrə təhvil veriblər.
AzerTimes xəbər verir ki, millət vəkili Baku TV-yə müsahibəsində qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.
Qeyd edək ki, Q.Paşayeva və “Könül dostları” qrupu Heydər Əliyev adına İdman Mərkəzinə hər gün gedir, yardım aparır və yardımların çeşidlənməsinə dəstək olurlar.