Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva xalq artisti Valeh Kərimov, Azərbaycan Yazıçılar Birliyi Mərkəzi Aparatının əməkdaşı, şair-publisist Gülamail Murad (İsayeva), gənc yazar Leyla Mətin, İmişlidə yaşayıb-yaradan, görmə imkanları məhdud şair Arif Quliyev, rejissor Elşən Məmmədov, yeni nəsil rejissorları Sadiq İbrahimli və Ümid Quliyevlə görüşüb.
AzerTimes xəbər verir ki, Milli Məclisdə növbəti vətəndaş qəbulu günündə baş tutan görüşdə Q.Paşayeva xalq artisti, rejissor və yazarların qayğıları, yaradıcılıq planları ilə tanış olub; onların toxunduğu məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıb.
Komitə sədri görüş iştirakçılarına yeni yaradıcılıq uğurları diləyib, onlara xatirə hədiyyəsi bağışlayıb.