Paşayeva Türkiyə səfirliyini ziyarət etdi – Foto

Paşayeva Türkiyə səfirliyini ziyarət etdi – Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və ictimai fəallar qardaş Türkiyə səfirliyini ziyarət edib, dəhşətli zəlzələdə həlak olanların ruhuna ehtiram əlaməti olaraq, səfirlik önündəki müvafiq guşəyə qərənfillər düzüb, həlak olanların ruhuna dualar oxuyub.

AzerTimes xəbər verir ki, sonra Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə görüşən ziyarətçilər Qəhrəmanmaraş başda olmaqla, 10 vilayətdə baş verən dəhşətli zəlzələnin ağır nəticələrindən üzüldüklərini bildirərək, dərin hüznlə başsağlığı veriblər.

Q.Paşayeva deyib ki, Türkiyəyə qardaş köməyi aralıqsız davam edir, o və könül dostları da belə yardımları öz könül işi, vəfa borcu bilərək, bundan sonra da maddi, mənəvi planda yardımlara davam edəcəklər.

Qardaş ölkənin səfiri Komitə sədrinə, onunla birgə səfirliyi ziyarət edən ictimai fəallara təşəkkür edib. Səfir bildirib ki, zəlzələ barədə xəbər yayılandan səfirlik davamlı olaraq ziyarət olunur, zəlzələdən zərər çəkənlərə saysız-hesabsız yardımlar təşkil olunub, göndərilir və bu da qardaşlığımızın nə qədər qüvvətli, saf və sarsılmaz olduğunu bütün dünyaya göstərir.

Q.Paşayeva azərbaycanlıların könüllü yardımlar topladığı Heydər Əliyev adına İdman Kompleksini də ziyarət edib.

Teqlər: