Paşayeva tanınmış sənətçilərlə görüşdü – Foto

Paşayeva tanınmış sənətçilərlə görüşdü – Foto

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva vətənpərvər mahnılar müəllifi, FHN Akademiyası Hərbi Orkestrinin solisti və musiqi təlimatçısı gizir Anar İlhamlı (Məmmədbağırov), xanəndə Zeynal Əhmədov, “Gənc müəllim-2023” yarışmasının qalibi Kamil Kazımov, milyonlarla izləyicisi olan “Yaşa Azərbaycan” mahnısının musiqi, söz müəllifi və ifaçısı Nurlan Əliyev ilə görüşüb.

AzerTimes xəbər verir ki, Milli Məclisdə baş tutan görüşün iştirakçısı olan sənətçilərlə onların ictimai və yaradıcı yenilikləri, “Şuşa – Türk dünyasının 2023-cü il paytaxtı” tədbirləri çərçivəsində və “Heydər Əliyev İli”ndə həyata keçirdikləri və planlaşdırdıqları ictimai-mədəni, yaradıcı fəaliyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Komitə sədri 44 günlük müharibədə qazanılmış şanlı zəfərin yaradıcılıq müstəvisində dərindən inkası, yaradıcı aydınların üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb.

Komitə sədri görüş iştirakçılarının sənətdə, yaradıcılıqda uğurları, yeniliklər və yaradıcı planları ilə yaxından tanış olub, qayğılarını öyrənib, onlara dəstəyini ifadə edib.

Teqlər: