Paşayeva İordaniya səfiri ilə görüşdü – Foto

Paşayeva İordaniya səfiri ilə görüşdü – Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı gövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüş bu ölkənin Azərbaycandakı səfirliyində baş tutub.

Səfir İordaniya ilə mədəni əlaqələrin güclənməsinə verdiyi önəmə və töhfələrə görə Komitə sədrinə təşəkkür edib.

Səfir dost ölkələrimiz arasında mədəni əlaqələrin getdikcə daha da artmasının hər iki tərəf üçün faydalı olduğunu vurğulayaraq, İordaniya xalqının Azərbaycana xüsusi münasibət göstərdiyini, ölkəsinin Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətini bildirib. Səfir deyib ki, ki, əməkdaşlığımızın dərinləşməsində parlamentlərin və parlament strukturlarının özünəməxsus rolu vardır. O, Q.Paşayevanı Asiya Parlament Assambleyası sədrinin müavini seçilməsi münasibəti ilə təbrik edib.

Q.Paşayeva görüşə və xoş sözlərə görə səfirə təşəkkür edərək, mədəniyyət sahəsində əlaqələr başda olmaqla, ölkələrarası əlaqələrdən söz açıb. Komitə sədri qeyd edib ki, dost ölkələrimiz arasında rəsmi və ictimai institutların xətti ilə baş tutan müxtəlif görüşlər, mədəniyyət, incəsənət xadimlərimizin səmimi əlaqələri sevindiricidir, bununla belə əməkdaşlıq üçün daha böyük potensial vardır.

Söhbətdə mədəni əlaqələrin bu günü, inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: