Millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə Aprel döyüşlərinin şəhidi Sahil Həsrət oğlu Şirinovun anası Şəhla Şirinova, II Qarabağ müharibəsinin şəhidi Sərdar İsmayılovun valideynləri Sərvər İsmayılov və Həmidə Aslanqızı, II Qarabağ müharibəsinin qazisi olan, ötən ilin noyabrında vəfat etmiş xüsusi təyinatlı döyüşçü İslam Dursun oğlu Əlizadənin anası Mehparə Hüseynova, II Qarabağ müharibəsinin şəhidi Elçin Süleymanovun xanımı Amilə Ələkbərova və şəhidin atası Tehran Süleymanov, 13 sentyabr 2022-ci ildə Kəlbəcərdə Ermənistanın irimiqyaslı hərbi təxribatının qarşısını alarkən şəhid olmuş Firuz Əhmədovun xanımı Ayşən Əhmədova ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə şəhid ailələrinin ürək sözləri dinlənilib, qayğıları öyrənilib.
Millət vəkili şəhidlərimizin qanının yerdə qalmadığını, Azərbaycanın 30 ildir işğalda olan torpaqlarının azad edildiyini və düşmənin darmadağın olduğunu xatırladıb, şəhidlərimizə bir daha rəhmət diləyib, hər zaman şəhid ailələrinin yanında olmağa davam edəcəyini bildirib.