Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və RHİM sədri Arzu Bağırova I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında iştirak edən türk ölkə və topluluqlarından olan təşkilat rəhbərləri və aydınlarla görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə ortaq türk qurumlarının festivalda iştirak edən səlahiyyətli nümayəndələri, Azərbaycandan festivalda iştirak etmiş bir qrup şair, yazıçı, QHT və KİV rəhbəri iştirak edib.
Q.Paşayeva Milli Məclisin Mədəniyyət komitəsinin mənəvi dəstək verdiyi festivalın uğurla başa çatması münasibəti ilə bütün təşkilatçıları və iştirakçıları təbrik edib, onlara yeni uğurlar diləyib.
Tədbirdə istedadlı rəssam, gənc dekorativ tətbiqi sənət ustası Səadət Abdullayevanın əl işlərindən ibarət sərgi də nümayiş olunub. Sərgidə nümayiş olunan əl işləri Komitə sədri Qənirə Paşayeva, “UNİTY Company” təsisçisi Fikrət Əliyev, həmin qurumun marketinq direktoru Zərifə Arzumanova, RHİMİB sədri Arzu Bağırova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu, “Okuklu” holdinqin rəhbəri Yılmaz Okuklu tərəfindən alınaraq, qonaqlara hədiyyə edilib.
İlham Əsgəroğlunun vokal və saz ifaları tədbirə xüsusi rəng qatıb.