“Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” ilə bağlı tender sorğusu həyata keçirilmişdir. 29 ildir ki, ölkənin qabaqcıl banklarından olan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən sözügedən sığorta növü üzrə ən uyğun seçim kimi “PAŞA Sığorta” şirkəti təyin edilərək xidmət üzrə işlər şirkətə həvalə edilmişdir.
Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.