Paşa Holdinq onlar üçün dəstək proqramına başlayır

Paşa Holdinq onlar üçün dəstək proqramına başlayır

PAŞA Holdinq 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün geniş sosial dəstək proqramına start verir.

AzerTimes xəbər verir ki, sosial dəstək proqramı ilə bağlı keçirilən tədbirdə Paşa Holdinq, Baş İcraçı Direktorun müavini Şahin Məmmədov, Paşa Holdinq, Dövlət qurumları ilə əlaqələr və KSM departamentinin direktoru Nazim Səfərov, Paşa Sığorta şirkətinin Marketinq departamentinin rəhbəri Məruz Əzməmmədova, Ombudsman Səbinə Əliyeva və digər şəxslər çıxış ediblər.

Qeyd edək ki, proqrama əsasən, 2023-cü il ərzində hazırda 18 yaşadək olan şəhid övladları üçün bir çox sahələr üzrə sosial layihələr həyata keçiriləcək.

Paşa Holdinq və Paşa Sığorta şirkətləri tərəfindən şəhid övladları üçün yanvar ayından etibarən xüsusi sığorta paketi təqdim ediləcək. Sığorta paketində həm stomatologiya, həm də xroniki xəstəliklərinin müalicəsinə dəstək əhatə olunacaq.

Bununla yanaşı il ərzində keçirilən bayramlarda – Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə həmin şəxslərə Paşa Holdinq və Bravo supermarketlər şəbəkəsi tərəfindən müxtəlif məhsullardan ibarət bayram sovqatları veriləcək.

Teqlər: