“PAŞA Həyat” 2021-ci ilin maliyyə nəticələrini açıqlayıb

2021-ci ildə PAŞA Həyat yığımlarına görə sığorta bazarı
iştirakçıları arasında birinci yerdə
qərarlaşmışdır. Belə ki, şirkət sığorta bazarında bütün məhsulları
üzrə 305 milyon manat sığorta yığımları əldə
edərək yeni rekord nəticəyə imza atmışdır. Eyni
zamanda, şirkət müştərilərinə 189 milyon AZN sığorta
ödənişi
həyata keçirmişdir.

Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat
Sığorta” ASC 2021-ci ilin audit olunmuş MHBS uyğun hazırlanmış
maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.

2020-ci il ilə müqayisədə şirkətin cəmi məcmu
gəliri
51% artaraq 30.2 milyon AZN təşkil edib. Şirkətin
məcmu kapitalı 71.5 milyon AZN, məcmu
öhdəlikləri
isə 339.3 milyon AZN təşkil edib.

Ən dayanıqlı şirkətlərdən olan PAŞA Həyat-ın məcmu
aktivləri
2021-ci ilin 31 dekabr tarixinə 410.8 milyon
manat təşkil edib.

PAŞA Həyat daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər
təqdim etmək üzərində çalışır. Bu istiqamətlərdə ən son təcrübələr
üzərində çalışan şirkət artıq həyat sığortası bazarında ilk olaraq
Agile metodologiyasını tətbiq edir. Eyni zamanda, 2021-ci ildən
etibarən şirkət yeni Rəqəmsal strategiyanı həyata keçirməyə
başlayıb. Şirkət ötən il ərzində yeni layihələrə imza ataraq Data
Analitika, İnvestisiya prosesləri, digər biznes proseslərin
optimizasiyası və yeni məhsulların yaradılması istiqamətində bir
çox proseslər həyata keçirib.

2021-2023-ci illəri əhatə edən strategiya şirkəti müştəri
təcrübəsinə əsaslanan və innovativ şirkət kimi formalaşdıracaq.

Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat
sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz
əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA
Həyat ən doğru seçimdir.

Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-cu ilin
noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-ci il tarixinə
şirkətin Nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət
müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən
“İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “Yığım tərkibli
yaşam sığortası” və digər fərdi və korporativ həyat sığortası
məhsullarını təklif edir.

Teqlər: