“PAŞA Həyat” 2020-ci ilin maliyyə nəticələrini açıqladı

Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2020-ci ilin audit olunmuş beynəlxalq maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.

PAŞA Həyat yığımlarına görə bütün sığorta bazarında birinci yerdə məskunlaşıb. 2020-ci ilin nəticələrinə görə PAŞA Həyat 221 mln. AZN sığorta haqları toplamış və 205 mln. AZN sığorta ödənişi etmişdir. 2020-ci il də baş verən pandemiya və müharibə faktorlarına baxmayaraq PAŞA Həyat-ın yığım portfelində 16% artım müşahidə olunub.

Digər tərəfdən, 2019-cu illə müqayisədə xalis mənfəət 23% azalıb və 20 mln. AZN təşkil edib. Buna bir səbəb də korporativ sosial məsuliyyət fəaliyyətinə sərf olunan büdcənin artması olub. Pandemiya və müharibə məsələlərində aktiv iştirak edən şirkət bir sıra təşəbbüslər irəli sürmüş və bir neçəsinə qoşulmuşdu. Bunlardan: YAŞAT, Koronavirusla Mübarizəyə Dəstək, Qarabağ Dirçəliş fondlarına yatırımlar, orduya və müharibədən ziyan çəkmiş təbəqələrə yardım, COVID-19 pandemiyasına qarşı mübarizə üçün Kubadan Azərbaycana həkimlərin gətirilməsində dəstək.

2020-cu ilin sonuna şirkətin məcmu kapitalı 61 mln. AZN, məcmu öhdəlikləri isə 354 mln. AZN təşkil edib.

Ən dayanıqlı şirkətlərdən olan PAŞA Həyat bu il də məcmu aktivlərin həcmini də eyni səviyyədə saxlamağa nail olmuşdu. Belə ki, məcmu aktivlərin həcmi 2020-ci ilin 31 dekabr tarixinə olan nəticəsi 416 mln. AZN təşkil edib.


PAŞA Həyat daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışır. Bu istiqamətlərdə ən son təcrübələr üzərində çalışan şirkət artıq həyat sığortası bazarında ilk olaraq Agile metodologiyanın tətbiqinə başladı.

Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun bir neçə üsulu var. Ən yaxşısı – PAŞA Həyat-dır.

Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-cu ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-ci il tarixinə şirkətin Nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “Yığım tərkibli yaşam sığortası” və digər fərdi və korporativ həyat sığortası məhsullarını təklif edir.

Teqlər: