Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin birinci yarısında “PAŞA Bank”ın ümumi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb.
Trend-in məlumatına görə, bunu bankın baş maliyyə inzibatçısı və idarə heyətinin üzvü Bəhruz Nağıyev “İlin ilk yarısında PAŞA Bankın maliyyə göstəriciləri” adlı konfransda deyib.
O bildirib ki, bank aktivlərin həcminə görə ən iri kommersiya bankı statusunu qoryub saxlayır:
“Bizim aktivlərimiz təxminən yeddi faiz artıb. Müştərilərin hesabları 14 faiz artıb. 2020-ci ilin birinci yarısında ümumi aktivlər 4,831 milyon manat, 2020-ci ilin sonunda 5,5 milyon manatdan çox, 2021-ci ilin ilk yarısının yekunlarına əsasən isə 5,92 milyon manat təşkil edib”.
B.Nağıyev vurğulayıb ki, verilən kreditlərin həcmi dörd faiz artıb: “2020-ci ilin birinci yarısında bank tərəfindən iki milyon manata yaxın kredit verilmişdisə, 2020-ci ilin sonunda 2,163 milyon manat, 2021-ci ilin ilk yarısında isə 2,26 milyon manata yaxın kredit verilib”.
O əlavə edib ki, 2021-ci ilin birinci yarısında “PAŞA Bank”ın nizamnamə kapitalı 354,5 milyon manat təşkil edib.
(Tərcümə: Orxan Nəbiyev)