1 iyul 2015-ci il tarixindən etibarən PAŞA Bank-ın İdarə
Heyətinin sədri, Baş İcraçı Direktor vəzifəsində çalışan Taleh
Kazımov Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin
üzvü vəzifəsinə təyin olunub. Bütün PAŞA Bank adından Taleh
Kazımovu yeni təyinatı münasibəti ilə ürəkdən təbrik edir, ona
bütün bu illər ərzində PAŞA Banka rəhbərlik etdiyi üçün
təşəkkürümüzü bildiririk və gələcək karyerasında uğurlar arzu
edirik.
Bu barədə PAŞA Bank-dan Trend-ə verilən məlumatda deyilir. Bildirilir ki, yeni
təyinat haqqında qərarın qısa müddət ərzində qəbul edilməsindən
irəli gələrək hazırda PAŞA Bank-ın İdarə Heyəti Sədrinin
səlahiyyətlərini icra edən şəxs vəzifəsinə Bankın Idarə Heyətinin
Sədr müavini Cavid Quliyev təyin edilib. Qeyd edək ki, yaxın
zamanlarda İdarə Heyətinin tam tərkibdə təşkili həyata keçiriləcək
və İdarə Heyətinin sədri vəzifəsinə təyinat baş tutacaqdır.
“Taleh Kazımovu bu təyinat münasibəti ilə təbrik edirəm və ona
gələcəkdə uğurlar arzu edirəm. Əminəm ki, PAŞA Bankın İdarə Heyəti,
Bankın 2020-ci ilin sonunda qəbul edilmiş 2021-2023-cü illəri əhatə
edən strategiyasını yüksək səviyyədə icra etməyə davam edəcək”, –
PAŞA Bankın Müşahidə Şurasının sədri Mir Camal Paşayev
bildirib.