“PAŞA Bank” pandemiyadan zərər çəkmiş sahibkarlara ən çox kredit təqdim edən bank kimi fərqlənib

Ölkənin aparıcı korporativ bankı və real sektorun aparıcı
qüvvəsi “PAŞA Bank”, Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti
ilə pandemiyadan zərər çəkmiş sahibkarlara ən çox kredit təqdim
etmiş müvəkkil kredit təşkilatı kimi fərqləndirildi.

Belə ki, SİF-in yerli banklar arasında dövlət zəmanətli kredit
və subsidiya mexanizmi çərçivəsində verilmiş kredit məbləğinin
həcminə görə apardığı bölgüyə 134,3 milyon manata bərabər kredit
portfeli ilə “PAŞA Bank” liderlik etdi.

“PAŞA Bank”ın idarə heyəti sədrinin müavini Cavid Quliyevin
sözlərinə görə, bu nailiyyət bizneslərin etibarlı maliyyə tərəfdaşı
kimi Bankın mövqeyini bir daha təsdiqlədi. Bank, pandemiyanın mənfi
təsirini minimuma endirmək məqsədi ilə ölkə rəhbərliyi tərəfindən
həyata keçirilən təşəbbüslərə aktiv şəkildə qoşuldu. Bununla da
Bank, sahibkarlar üçün maliyyə resurslarına çıxışın
genişləndirilməsi üçün çalışdı.


“Biz, daima real sektorun dərin təhlillərini aparan maliyyə
institutu kimi pandemiyadan daha çox zərər çəkmiş sahələrin KOS-lar
olduğunu, SİF xətti ilə subsidiya mexanizmi çərçivəsində ayrılan
vəsaitlərin onlara bazarda öz mövqelərini qoruyub saxlamaqda böyük
əhəmiyyət kəsb etdiyini gözəl anlayırdıq. Odur ki, zəngin
təcrübəmizə əsaslanaraq bu maliyyə resurslarını KOS-lar üçün daha
da əlçatan etmək məqsədilə sahibkarların müraciətlərinə çevik
şəkildə baxılması, tələb olunan sənədlərin minimuma endirilməsi və
onların onlayn qəbul edilməsi, qərar vermə prosesinin
optimallaşdırılması yönündə lazımi tədbirlər gördük. Bununla da,
sahibkarların vaxt sərfiyyatını minimuma endirməyə nail olduq. Bu
sahədə liderliyi əldə etməyimizi müştərilərimizin ehtiyaclarını
qarşılamağa yönəlmiş biznes yanaşmamızın növbəti uğuru kimi qəbul
edirik. Bazar biliklərimizə və təcrübəmizə əsaslanaraq, bundan
sonra da dövlət tərəfindən həyata keçirilən təşəbbüslərə qoşulmağa
və real sektora öz dəstəyimizi göstərməyə hazırıq”, – deyə, C.
Quliyev vurğuladı.

Qeyd edək ki, “PAŞA Bank”, Sahibkarlığın İnkişafı Fondunun xətti
ilə subsidiya mexanizmi çərçivəsində ayrılan vəsaitlərin verilməsi
ilə yanaşı, özünün qabaqlayıcı kompleks tədbirlərini də həyata
keçirdi. Belə ki, “PAŞA Bank”, pandemiyanın səbəb olduğu
çağırışların öhdəsindən gəlmək və müştərilərə dəstək olmaq üçün
əsas bank məhsulları və xidmətlərinin tariflərinin təkrar nəzərdən
keçirilməsi və azaldılması, gecikdirilmiş borclara görə cərimələrin
ləğv olunması, müştərilərin kredit borclarının restrukturizasiyası
paketinin tətbiq edilməsi kimi bir sıra mühüm təşəbbüslərlə çıxış
etdi. Eyni zamanda, Bank, müştərilərə və tərəfdaşlara maliyyə
resurslarının düzgün bölüşdürülməsi, debitor borclarının idarə
edilməsi, həm banklar, həm də biznes tərəfdaşları qarşısında
öhdəliklərin restrukturizasiyası kimi suallarda öz ekspert
dəstəyini göstərdi.

Teqlər: