UFAZ-Online-square.jpg (434 KB)Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bankın dəstəyi ilə Azərbaycan-Fransız Universiteti (UFAZ) tərəfindən “Online Tech Talks” tədbiri təşkil olunub.
PAŞA Bankın informasiya texnologiyaları sahəsində geniş təcrübəyə malik əməkdaşları mart ayının 11-də baş tutan tədbirə məruzəçi qismində qatılıb. Bank nümayəndələri PAŞA Bankda istifadə olunan texnologiyalardan, müasir proqramlaşdırma dilləri və onların real həyatda tətbiqindən, ən son mobil əlavələrin inkişafından bəhs edib. Daha sonra keçirilən sual-cavab sessiyasında tələbələri maraqlandıran məqamlara da aydınlıq gətirilib.
Xatırladaq ki, ötən ildə PAŞA Bankla UFAZ arasında akademik sahədə peşəkar əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
PAŞA Bank, hər zaman gənclərin peşəkar inkişafına xüsusi diqqət ayırır və ölkədə bu istiqamətdə keçirilər tədbirlərin, beynəlxalq konfransların, hakaton və məlumat sessiyalarının təşkil olunmasına dəstək verir. Bankın məqsədi gənclərin potensialını üzə çıxarmaq və dəstəkləmək, onları uğurlu karyera qurmağa təşviq etmək, bununla da ölkə iqtisadiyyatının dayanıqlılığına töhfə vermək niyyətindədir.