PAŞA Bank nağdsız ödənişlərin inkişafına verdiyi töhfəyə görə 3 nominasiyanın qalibi seçilib

Mərkəzi Bank ilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ildə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi və elektron bankçılığın inkişafı istiqamətlərində elan edilmiş nominasiyaların qalibləri bəlli olub. Ölkənin aparıcı maliyyə institutu PAŞA Bank, bu müsabiqə çərçivəsində 5 nominasiyadan 3-ü üzrə qalib seçilib.

Belə ki, PAŞA Bank, “İnternet bankçılıq xidməti üzrə lider bank”, “Təmassız ödənişlər üzrə lider bank” və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyalarında fərqləndirilib.

Xatırladaq ki, PAŞA Bank, Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə töhfə verən bir sıra mühüm layihələr həyata keçirib. Sumqayıt şəhərində ictimai nəqliyyatda ilk dəfə olaraq gediş haqqının təmassız ödəniş kartları və NFC cihazları ilə ödəmə sisteminin təqdim edilməsi bu layihələr sırasındadır. Həmçinin PAŞA Bank tərəfdaşlarla birgə SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsində QR kod texnologiyasına əsaslanan ödəmə həllini də istifadəyə verib.

Bazarda ən müasir texnoloji maliyyə vasitələrini və həlləri tətbiq edən PAŞA Bank, bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir.

Teqlər: