Ölkənin aparıcı korporativ bankı PAŞA Bank tərəfindən yaradılan və bu ilin oktyabr ayından bazara buraxılan “GRO” biznes platformasına artıq 1.200-dən çox istifadəçi qoşulub.
Bazardakı səmərəliyi dəstəkləyən “GRO” platforması ölkənin bizneslərini bir yerdə toplayaraq şəffaf, rahat və çevik satınalma prosesləri həyata keçirilən bir biznes məkanına çevirilib. Bu günə kimi platformada artıq 400-dən çox fərqli bazar seqmentlərindən alış-veriş sorğusu paylaşılıb və uğurla tamamlanıb.
PAŞA Bank “GRO” platforması vasitəsilə bizneslərə satınalma prosesini və biznes əlaqələrin qurulmasını yenidən kəşf etməyə dəvət edir. Belə ki, “GRO” platformasında alıcılar üçün satıcı axtarışı, yoxlanışı və qiymət müqayisəsi kimi işlər artıq tam avtomatlaşdırılıb. Habelə, alıcılar öz təchizat alışlarını bu platforma üzərindən tam onlayn və şəffaf şəkildə apara bilirlər. Satıcılar isə bu vahid platformadan ölkədəki bütün alıcılarının təchizat alışları ilə tanış olub sorğularda iştirak edə və satışlarını artıra bilərlər.
Qeyd edək ki, “GRO” platformasından sırf PAŞA Bank müştəriləri deyil, istənilən bankın müştəriləri yararlana bilərlər. Belə ki, bu günə qədər yeni platformaya qoşulan bizneslərin 20% bazarın digər bankların müştəriləridir. Platformadan istifadə tamamilə pulsuzdur və platformadan yararlanmaq üçün “ASAN İmza” vasitəsi ilə qeydiyyatdan keçmək kifayətdir.
“GRO” platforması haqqında ətraflı məlumat almaq və biznesiniz üçün yeni imkanları əldə etmək üçün bura keçid alın: https://bit.ly/3plpo6q