“PAŞA Bank” güzəştli kateqoriyaya aid olan müştərilərə “MİDA” ipoteka kreditini təklif edir

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” güzəştli
kateqoriyaya aid olan müştərilərə Yasamal Yaşayış Kompleksində
mənzil əldə etmələri üçün “MİDA” ipoteka kreditini təklif edir.

Belə ki, tikintisində həyətyanı sahələrin və uşaq
meydançalarının olmasına xüsusi diqqət yetirilmiş yaşayış kompleksi
müasir memarlıq üslubu ilə seçilir. Bununla yanaşı, tikili özündə
çoxsaylı yaşayış binalarını birləşdirir və paytaxtın əsas nəqliyyat
şəbəkəsinə yaxınlığı ilə fərqlənir.

Həmçinin, kompleksin ərazisində 161 saylı tam orta məktəbin
binası da inşa edilib.

“PAŞA Bank” güzəştli kateqoriyaya aid vətəndaşlarımızı
növbələrdə vaxt itirmədən və sürətli şəkildə qeyd olunan binalarda
mənzil sahibi olmağa dəvət edir.

Şərtlər isə olduqca sərfəli və sadədir:

– İllik faiz dərəcəsi: 4%
– İlkin ödəniş: min. 10%
– Maksimum məbləğ: 100 000 AZN
– Müddət: 3-30 ilədək


Müştərilər https://pshb.az/3s1pem4 veb-saytında asanlıqla
müraciət edə biləcəklər. Daha ətraflı isə buradan tanış olmaq olar:
https://pshb.az/3JFWsNN

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 /
(+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412)
4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə
bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək
qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi
olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə
daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların
fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq
bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron
məktub yazmaqla çatdıra bilərsiniz.

Teqlər: