“PAŞA Bank” əməkdaşlıq etdiyi universitetlərin tələbələri üçün müxtəlif mövzularda onlayn master-klasların keçirilməsinə start verib

“PAŞA Bank” olaraq əməkdaşlıq etdiyimiz universitetlərin tələbələri üçün müxtəlif mövzularda onlayn master-klasların keçirilməsinə start verdik.

İnsan resursları, risklərin idarə edilməsi, biznes strategiyası, sağlamlıq və əməyin təhlükəsizliyi, uyğunluq (compliance) kimi mövzuları əhatə edən bu layihə tələbələrə gələcək peşəkar karyeralarını qurmaqda kömək etmək məqsədi ilə təşkil olunub.

Master-klas sessiyaların həftədə bir dəfə keçirilməsi nəzərdə tutulub. Sessiyalarda adı çəkilən universitetlərdə təhsil alan tələbələr iştirak edə bilər:
· Azərbaycan Dövlət İqtisad Universiteti
· Bakı Dövlət Universiteti
· ADA
· Xəzər Universiteti
· Azərbaycan-Fransız Universiteti
· Bakı Ali Neft Məktəbi
· Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
· Bakı Mühəndislik Universiteti

Universitetlərin Karyera Mərkəzlərinə hər master-klas barədə öncədən məlumat veriləcək. İştirak etmək üçün müvafiq universitetin Karyera Mərkəzinə müraciət etmək kifayətdir.

Teqlər: