Xəbər - Zeyni Cəfərov – Trend:
2018-2020-ci illərdə “PAŞA Bank” kiçik və orta biznesə kreditlərin verilməsi prosesini genişləndirib.
AzerTimes-ın məlumatına görə, bunu “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov bankın 2018-2020-ci il strateji dövrünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2019-cu ildən başlayaraq bankın kiçik və orta biznes üzrə kredit portfeli 150 milyon manatı ötüb.
T.Kazımov əlavə edib ki, “PAŞA Bank”a kreditlə bağlı müraciət edən sahibkarların sayı 9 minə çatıb.
(Tərcümə: Orxan Nəbiyev)