Xəbər - Zeyni Cəfərov – Trend:
“PAŞA Bank” 2018-2020-ci illər üçün strategiyanı uğurla icra edib və bank sektorunda aktivlər üzrə bazar payını 13 faizdən 17 faizədək artırıb.
AzerTimes-ın məlumatına görə, bunu “PAŞA Bank” ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov bankın 2018-2020-ci il strateji dövrünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bankın aktivləri 6 milyard manatı ötüb, son üç ildə isə kredit portfeli 2,2 milyard manata çatıb.
O bildirib ki, “PAŞA Bank” kreditlərin 89 faizini iqtisadiyyatın real sektoruna verib, aktiv müştərilərin sayı 8,9 min nəfərədək artıb:
“PAŞA Bank” yaxın gələcəkdə kredit portfelini 2,2 milyard manatdan 3 milyard manatadək artırmağı planlaşdırır”.
(Tərcümə: Orxan Nəbiyev)