Partlayışda xəsarət alanlardan daha 4 nəfər evə buraxıldı

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə
alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə
buraxılıb.

TƏBİB-dən AzerTimes-a
verilən məlumata görə, ümumilikdə, gün ərzində ambulator müalicə
üçün 6 nəfər evə göndərilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır.
Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün
vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti
stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq
qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının
intensiv nəzarəti altındadır.

Teqlər: