Partlayışda xəsarət alanlardan 2 nəfər evə buraxıldı

Bakıda baş verən partlayışda xəsarət alanlardan 2 nəfər evə
buraxılıb.

AzerTimes-ın
məlumatına görə, 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan
Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı
xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2
nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub. İlkin tibbi
müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə
buraxılmalarına icazə verilib.

Teqlər: