Bakının Binəqədi rayonunda partlayış baş vermiş mebel sexində axtarış-xilasetmə tədbirləri bitib.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.