Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində partlayış baş verən binada qaz təminatı tam dayandırılıb.
AzerTimes xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
O bildirib ki, hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir:
“Binada üç mənzilə və liftin şaxtasına ziyan dəyib. Binada qaz kəmərləri yoxlandıqdan və təhlükəsizlik qaydalarına tam əməl edildikdən sonra qazın bərpası təmin olunacaq”.