Oktyabrın 8-də baş verən partlayış nəticəsində dağılan Krım körpüsünün səmadan son görüntüləri yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın “Maxar” şirkəti Tvitter səhifəsində fotolar paylaşıb.
Fotolarda Krım körpüsünün dəmir yolu xəttində, eləcə də avtomobil yolunun zədələnmiş hissələrində təmir işlərinin aparıldığı görülür.