Partizanlar Misnkdə rus təyyarəsinə hücum etdi

Partizanlar Misnkdə rus təyyarəsinə hücum etdi

Belarusun Maçulişçi hərbi aerodromunda baş verən partlayışla bağlı təfərrüat açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Belarusun güc strukturlarının keçmiş əməkdaşları tərəfindən yaradılan BYPOL müxalifət hərəkatı məlumat yayıb.

Bildirilib ki, partlayş nəticəsində Rusiyanın A-50 erkən xəbərdarlıq və nəzarət təyyarəsi ciddi zərbə alıb. Təyyarənin ön və mərkəz hissəsi, eləcə də avionikası və radilokasiya anteni zədələnib.

Hərəkatın rəhbəri Aleksandr Azarovun sözlərinə görə, Maçulişçidəki diversiya Belarus partizanları tərəfindən törədilib.

“Hücum dronlar vasitəsilə edilib və əməliyyatda iştirak edənlərin hamısı artıq ölkə sərhədlərindən kənardadır”, – Azarov bildirib.

Aerodromda partlayışın baş verməsi faktını jurnalist Anton Molotko və “Belarus za MKADom” Teleqram kanalı da təsdiq edib. Rusiyalı hərbi jurnalistlər Yuri Kotyonok və Semyon Peqov yazıblar ki, aerodroma dronlar tərəfindən hücum edilib.

Hadisə ilə bağlı nə Rusiya, nə də Belarus rəsmiləri heç bir açıqlama verməyib. Belarus FHN açıqlama yayaraq, partlayışla bağlı heç bir məlumatın daxil olmadığını, MN isə ciddi bir şeyin baş vermədiyini deyib.

“Belarus Qayun” monitorinq qrupunun məlumatına görə, bort nömrəsi RF-50608 olan A-50 təyyarəsi Belarusa 2023-cü ilin 3 yanvarında gəlib. 54 gün ərzində təyyarə 12 uçuş həyata keçirib.

Qrup bildirib ki, bu təyyarədən Rusiyada cəmi 9 ədəddir. Bu təyyarələrin hər birinin qiyməti 330 milyon dollardır.

Teqlər: