Ukraynalı partizanlar Melitopol şəhərində dəmiryol körpüsünü partladıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Feysbuk səhifəsində yazıb.
“Dünən partizanlarımız Melitopol vilayətində dəmiryol körpüsünü partladıblar. Körpü qismən dağılıb. Bir sutkadır ki, Cankoydan Melitopola bir qatar belə gəlmir”, – deyə o bildirib.
Onun sözlərinə görə, ruslar ukraynalıların bu addımından olduqca hiddətləniblər.